Azərbaycan Bilgi Güvenliği Topluluğu Kuruldu

Türkiye’deki NetSec topluluğunun bir benzeri kardeş ülke Azerbaycan için de kuruldu. Duyuru metni aşağıda yer almaktadır.

Infosec-AZ, Azərbaycanda sistem, şəbəkə və təhlükəsizlik sahələrində işləyən informasiya texnologiyaları (bundan sonra IT adlandırılacaqdır) mütəxəssisləri üçün xidmət göstərən ölkədə ən geniş imkanlara malik e-poçt siyahısıdır.

 

Siyahının məqsədi, bənzər sahələrdə işləyən IT mütəxəssisləri arasında məlumat paylaşımını artırmaq və təhlükəsizlik mövzusunda istinad ola biləcək qaynaqlar meydana gətirməkdir.

 

Şəbəkə və təhlükəsizlik məqsədi ilə istifadə edilə biləcək hər növ ticarət və açıq mənbəli program təminatının təqdim edilməsi (reklam məqsədli məlumatlaraa icazə verilməyəcək) sərbəstdir. Beləliklə fərqli məhsullardan istifadə edən IT mütəxəssislərinə alternativ məhsulları tanıma fürsəti verilmiş olacaqdır.

 

Siyahının məzmunu aşağıdakıları əhatə etməkdədir;

 

* İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri

* İnformasiya təhlükəsizliyi haqqda məlumatlandırma.

* İnformasiya təhlükəsizliyi üzrə standart və qaydalar

* GRC (Governance Risk Management and Compliance – Risklərin idarə edilməsi və yoxlanılması)

* Penetrasya testləri (Penetration test)

* Təhlükəsizlik divarları (Firewall)

* Hücumun müəyyən olunması və qarşısının alınması sistemləri

* Simsiz şəbəkələrdə təhlükəsizlik

* Daxili şəbəkələrdə təhlükəsizlik

* Web Programların Təhlükəsizliyi

* VPN (Virtual Private Network)

* Trafik Analizi

* Hüquqi İnformasiya Analizi (Computer forensic Analysis)

* Tələ Sistemlər (Honeypot)

* Linux / UNIX / Windows əməliyyat sistemlərində Təhlükəsizlik

 

Bundan əlavə siyahı nəşr olunmuş sənədlərin yayılması, yeni çıxan etibarlı proqramların, məqalələrin, tədbirlərin və pulsuz təhsil elanlarının paylaşılması məqsədi ilə də istifadə ediləcək.

 

Siyahıya üzv Olmaq üçün:

bilgi@bga.com.tr ünvanına Ad, Soyad, şirkət haqqında məlumatın göndərilməsi kifayətdir.

 

Siyahı Haqqında Bəzi Məlumatlar:

Siyahıya “Reklam xarakterli  Elanlar”ın göndərilməsi qəti qadağandır.

Siyahıda danışılan bütün mövzular Google və digər axtarış sistemləri tərəfindən indeklənə bilər   və arxivlərdən silmə imkanı yoxdur.

Siyahıya göndərilən bütün məsajlar moderator tərəfindən yoxlanışdan keçir, siyahı sahiblərini çətin vəziyyətdə qoyan e-poçtlar (təhqir vs), spam / reklam mailləri və təhlükəsizliklə əlaqədar olmayan e-poçtlar təsdiqlənmədən keçməyəcəkdir.

Siyasi və ayrı-seçkilik olan mesajlar təsdiqlənməyəcəkdir

Birbaşa üzv olub elan göndərmək istəyən üzvlərimizin mesajları yayınlanmayacaq.

Göndərdiyiniz e-poçtlar siyahıya getmirsə bunun səbəbləri aşağıdakı maddələrdən biri ola bilər

-Göndərilən e-poçt siyahı məzmunuyla əlaqəli deyil

-Göndərilən e-poçt spam filtrləmə sistemindən keçməmişdir.

-Göndərilən e-poçtun içində “reklam” var.

-Içində təhqir olan e-poçtlar

- +1, dəstəkləyirəm kimi lazımsız e-poçtlar

-Mətnin hamısı böyük hərflə yazılan e-poçtlar

 

Siyahı Arxivi: Yalnız üzvlərə açıqdır

 

Siyahı haqqındakı şikayətlərinizi, təkliflərinizi bilgi@bga.com.tr ünvanına e-poçt vasitəsi ilə göndərə bilərsiniz.

Be Sociable, Share!
This entry was posted in Activity. Bookmark the permalink.

2 Responses to Azərbaycan Bilgi Güvenliği Topluluğu Kuruldu

  1. Amator web ve ag guvenlikcisi, ve bir Azerbaycanli olarak, boyle bir toplulugun kurulmasina cok sevindim. Ellerinize saglik.

  2. Cüneyt says:

    Detaylı bir anlatım olmuş.Eline sağlık.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>